AZ

Bu gün “Traktor”un oyunu var

Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, çempionluğa əsas namizəd olan komanda səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gələcək. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, “Traktor” hazırda turnir cədvəlində liderdir. Komanda 61 xal toplayıb. Onların ən yaxın izləyicisi “Sephan”ın isə 56 xalı var. Təbriz klubunun çempion olmaq üçün 4 xala ehtiyacı var. Qarşıdakı 3 oyundan 4 xal əldə olunsa, “Traktor” İran çempionatının qızıl medallarına sahib çıxacaq. 

Seçilən
0
qafqazinfo.az

1Mənbələr