Bu gün Azərbaycan Basketbol Liqasında final oyunlarına start veriləcək.
Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Neftçi" üz-üzə gələcək.
Qaydalara əsasən, ən tez 4 qələbə qazanan komanda çempion tituluna yiyələnəcək.
İlk görüşün start fiti bu gün saat 19:00-da Bakı İdman Sarayında çalınacaq.
ABL, final, birinci oyun
19:00 "Sabah" - "Neftçi"
Bakı İdman Sarayı