Bu gün Azərbaycan Basketbol Liqasında final oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Neftçi" üz-üzə gəlib. İlk görüşün start fiti bu gün saat 19:00-da Bakı İdman Sarayında çalınıb. Final seriyasının ilk Bakı derbisinə "bayquşlar" qələbə ilə start verib.
Qaydalara əsasən, ən tez 4 qələbə qazanan komanda çempion tituluna yiyələnəcək.
ABL, final, birinci oyun
19:00 "Sabah" - "Neftçi" 94:89 (19:15; 17:20; 20:27; 38:27)
Bakı İdman Sarayı