AZ

Mayk Uolts vəzifəsindən azad edilib

BAKI, TurkicWorld

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və onun müavini Aleks Vonq bugün vəzifələrindən azad ediliblər.

TurkicWorld xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatına görə, Uolts və Vonqun vəzifədən uzaqlaşdırılması "Signal" messenceri ilə bağlı qalmaqallı insidentlə əlaqəlidir. Belə ki, Uolsun adından bir istifadəçi martın 24-də "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberqə çat sorğusu göndərmişdi və Qoldberq bu barədə həmin gün məqalə dərc etmişdi.

Seçilən
0
turkic.world

1Mənbələr