AZ

Təbii sərvətlərin işlənməsi ilə bağlı ABŞ-la imzalanan saziş Ukraynanı xilas edəcəkmi?

Məlum olduğu kimi, ABŞ və Ukrayna təbii sərvətlərin işlənməsi ilə bağlı əməkdaşlıq üzrə yeni saziş imzalayıblar.

Maraqlıdır, bu saziş Ukraynanı xilas edəcəkmi? Bundan sorna ABŞ-ın Ukraynanın müdafiəsinə daha çox diqqət göstərəcəyinə ümid etmək olarmı?

Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“ABŞ-ın Ukrayna ilə imzaladığı saziş əslində Ukraynanın talan olunması sənədidir. Bu, sənəd Ukraynanı xilas etmək üçün imzalanmayıb. Bu sənəd Ukraynanın təbii sərvətlərinin ABŞ-a daşınması üçün imzalanıb. Bu baxımdan Ukraynanın ABŞ tərəfindən xilas ediləcəyini düşünmək sadəlövhlük oalr. Əksinə, həm ABŞ-da, həm də Qərbdə Ukraynanın nəzarət zonalarına bölünməsi ilə bağlı planlar mövcuddur. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun açıqladığı plana görə, Ukrayna ərazisinin Fransa, Böyük Britaniya və bəzi NATO ölkləri arasında nəzarət zonalarına bölünməsi nəzərdə tutulur. Ukraynanın işğal olunmuş əraziləri isə Rusiyanın nəzarətində qalır. Hətta ABŞ Krımı Rusiya ərazisi kimi rəsmən tanımaq niyyətində olduğunu gizlətmir.

ABŞ-ın Ukraynaya dəstək olacağı ilə bağlı ciddi bir istək müşahidə olunmur. Əksinə, ABŞ Rusiya ilə anlaşaraq Ukraynanın torpaqlarını ona, sərvətlərini isə özünə götürməyə çalışır. Bu baxımdan Ukrayna yaxın gələcəkdə bir dövlət kimi mövcudluğunu itirə bilər. Çünki bu gedişlə torpaqları Rusiyanın əlində olacaq, sərvətləri isə ABŞ tərəfindən talan ediləcək.

Ukraynanın yenidən bərpası asan məsələ deyil və hətta qeyri-mümkün görünür. Odur ki, Ukrayna ilə imzalanmış təbii sərvətlərlə bağlı sənədin Ukraynanı xilas edəcəyini düşünmək məntiqli görünmür. Bu sənəd Ukrayna dövlətçiliyinin sona çatdırılmasına yönəlik sənəd təsiri bağışlayır.

ABŞ-ın Ukraynaya hansı təhlükəsizlik təminatları verəcəyi də məlum deyil. Bəzi ehtimallara görə, təhlükəsizlik təminatı verilsə belə, ABŞ Ukrayna ərazisindəki təbii sərvətləri daşıyıb qurtarandan sonra ona marağı itirəcək və Ukraynanı taleyin ümidinə buraxacaq.

Bütün bunları nəzərə aldıqda söyləmək olar ki, Ukraynanın gələcək taleyi çox qaranlıq görünür”.

Seymur ƏLİYEV

 

Seçilən
0
43
moderator.az

10Mənbələr