AZ

“Prezident Kuboku-2025”: Azərbaycan avarçəkənlərindən daha 3 medal

MİNGƏÇEVİR, 1 may. TELEQRAF

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha üç medal qazanıblar.

Teleqraf xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edən yarışda 2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə edib.

2006-2007 təvəllüdlülərdən isə Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın idmançılarının aktivində ümumilikdə 8 medal var.

Seçilən
0
1
teleqraf.com

10Mənbələr