AZ

İspaniyalı mütəxəssis Qətər futbol millisinin baş məşqçisi təyin olunub

Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Yığma komanda Xulen Lopeteqiyə həvalə olunub.

Bu barədə Qətər Futbol Federasiyası məlumat yayıb.

Müqaviləyə əsasən, Lopeteqi 2027-ci ilin iyun ayına qədər ərəblərin baş məşqçisi olacaq.

Son olaraq Premyer Liqa klublarından "Vest Hem"i çalışdıran Lopeteqinin baş məşqçi kimi CV-si olduqca zəngindir.

Mütəxəssis daha əvvəl İspaniya milli komandası, "Real Madrid", "Sevilya", "Porto", "Volverhempton" kimi klublara rəhbərlik edib.

Seçilən
0
1
apa.az

3Mənbələr