Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro məbləğində maliyyə yardımı göstərib.

İndex.az xəbər verir ki, bu barədə EBRD-nin sosial şəbəkələrdəki bəyanatında bildirilib.

“Biz münaqişənin yaratdığı çağırışların öhdəsindən gəlməkdə Ukraynanın əsas tərəfdaşı olaraq qalırıq”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, Ukraynanın cari maliyyələşdirilməsi kritik infrastrukturun bərpasına, biznesin dəstəklənməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Daha əvvəl EBRD-nin 2025-ci ildə Ukrayna iqtisadiyyatına 1,5 milyard avro investisiya yatırmaq niyyətində olduğu bildirilmişdi.