AZ

EBRD 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro məbləğində maliyyə yardımı göstərib.

“Report” xəbər verir ki, bu barədə EBRD-nin sosial şəbəkələrdəki bəyanatında bildirilib.

"Biz münaqişənin yaratdığı çağırışların öhdəsindən gəlməkdə Ukraynanın əsas tərəfdaşı olaraq qalırıq", - bəyanatda qeyd olunub.

Bildirilib ki, Ukraynanın cari maliyyələşdirilməsi kritik infrastrukturun bərpasına, biznesin dəstəklənməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Daha əvvəl EBRD-nin 2025-ci ildə Ukrayna iqtisadiyyatına 1,5 milyard avro investisiya yatırmaq niyyətində olduğu bildirilmişdi.

Seçilən
0
1
report.az

2Mənbələr