AZ

Hindistanın İslamofobiya siyasəti böyük zərərlə nəticələnə bilər- Mübariz Göyüşlü - ÖZƏL

Son gərginlik fonunda Hindistanın Pakistana yönəltdiyi ittihamlar və Qərb mediasının birtərəfli yanaşması diqqət çəkir. Pakistan isə hadisənin müstəqil şəkildə araşdırılmasını tələb edir və Hindistanın bu addımlarının daxili siyasi böhrandan diqqəti yayındırmaq məqsədi daşıdığını bildirir. Su təchizatına təzyiqlər isə vəziyyəti daha da gərginləşdirir.

Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, Hindistanın müharibəyə doğru addım atması, yalnız Pakistanı deyil, özünü də böyük zərərlə qarşılaşdıra bilər:

"Hesab edirəm ki, bu prosesin  gərgin mərhələyə qədər gətirib çıxarılmasında Hindistanın ali siyasi rəhbərinin xüsusi rolu var. Narendra Modi və ətrafı, Hindistandakı ictimai-siyasi qurumların kifayət qədər müsəlmanlara qarşı aqressiv bir dövlət kimi görünməsinə səbəb olub. Hindistanın Pakistana qarşı çox kəskin münasibətləri var. Bu da bir bəhanə, fürsət kimi düşüb əllərinə və görünür bu fürsəti istifadə edirlər, etməyə çalışırlar. 
Biz terrorizmdən böyük əziyyət çəkmiş, erməni terrorizminə qarşı mübarizə aparan bir dövlətik. Terrorizmin bütün hallarını pisləyirik. Lakin bu məsələnin Pakistan əleyhinə bir kampaniyaya çevrilməsi və müharibə həddinə gətirilməsi Hindistanın ali siyasi rəhbərliyi tərəfindən düşünülmüş bir məsələ ola bilər. Bu məsələnin mütləq təsdiqlənməsi çətindir, amma ehtimal olunur. Burada təkcə Pakistan zərərlə çıxacaq deyə bir məsələ yoxdur. Hindistan da çox böyük bir şəkildə zərər görə bilər. Əgər müharibə həddinə kimi və ya kiçik lokal hərbi münaqişələr olsa belə, yalnız Pakistan deyil, Hindistan da böyük zərərlə çıxacaq. Hindistanın siyasi və hərbi rəhbərliyi bu məsələləri təhlil etməli və daxili siyasətdəki uğursuzluqları radikal millətçi şüarlar altında gizlətməməlidir. İslamofobiya siyasəti uğura aparan bir yol deyil və Hindistan bu siyasətdən geri çəkilməlidir".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr