Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər kuboku" turnirinə start veriləcək.
Offsideplus.az xəbər verir ki, 17 yaşadək idmançılar arasında keçiriləcək ənənəvi yarışda Azərbaycanın qızlardan ibarət milli komandası mübarizə aparacaq.
Tunnirə böyük məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi qatılacaq. Bunlar Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadədir (69 kq).
"Zəfər kuboku"nda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.
Yarışa mayın 4-də yekun vurulacaq.