AZ

Jurnalistlər oğruları tapmaqda polisə kömək etdi - Şəkidə olay

Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

Gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər.

Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, "Şəkidə kənd sakinlərinin heyvanları oğurlanır, kütləvi müraciət var”, - deyə bir neçə jurnalist həmkarımız sorğu verirdi: 

"Xahiş etdik ki, məlumatı paylaşmayın, şübhəli şəxslər bilməli deyil ki, polis axtarır. Belə də oldu, həmkarlarım bizə kömək etdilər, həmin məlumat gündəmə çıxmadı." 

"Cebheinfo.az" xəbər verir ki, E.Hacıyev onlara təşəkkür edib: "Onlara təşəkkür etməyi özümə borc bilirəm. Nəticədə Bakıdan icarəyə götürdükləri avtomobillərlə Şəkidə mal-qara oğurlayan dəstə üzvləri ifşa olundular". 

Seçilən
0
29
cebheinfo.az

10Mənbələr