AZ

Gürcüstan Prezidenti Türkiyə səfiri ilə regional məsələləri müzakirə etdi

TBİLİSİ, 1 may. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə səfiri Ali Kaan Orbayla görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dövlət başçısı bu barədə “X” hesabında bildirib.

M.Kavelaşvilinin sözlərinə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri və sıx ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“Biz həmçinin Cənubi Qafqazdakı proseslər, Gürcüstanla Türkiyənin regional sabitliyin və sülhün təşviqindəki mühüm rolu ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyənin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyi üçün səfir Orbaya təşəkkür etdim”, - prezident yazıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr