UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, namizədlər arasında PSJ-dən Vitinya və “İnter”dən Danzel Damfris yer alır.
Vitinya yarımfinalın ilk oyunları çərçivəsində “Arsenal”la matçdakı çıxışı ilə diqqət çəkib. Damfris isə “Barselona” ilə görüşdə dubl edib və 1 qolun ötürməsini verib.
Qalib UEFA-nın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.