AZ

Vüqar Bayramov: "Əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti artıb"

Əgər 5 il bundan əvvəl Azərbaycanda əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti 11,5 % idisə, bu göstərici ötən ilin sonunda 18 %-ə yüksəlib.

"Report" xəbər verir ki, bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.

Deputat qeyd edib ki, hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu düşür.

"Ötən il ölkədə istehlak kreditləri 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manata yüksəlib. Paralel olaraq problemli kreditlər də artmaqdadır. Təkcə bu ilin I rübündə vaxtı keçmiş kreditlər 449,1 milyon manatdan 481,6 milyon manata yüksəlib. Ötən il qeyri-işlək kreditlər isə 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. Göründüyü kimi, həm problemli kreditlərdə, həm də qeyri-işlək kreditlərdə artımlar var", - deyə V.Bayramov əlavə edib.

Seçilən
0
2
report.az

3Mənbələr