“Rusiya xalqı sözün əsl mənasında qalib xalqdır”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, məğlub olan xalqlar Rusiyaya nəyisə sırımağa və onu təhrif etməyə çalışırlar:
"Və biz, əlbəttə ki, qalib xalqıq, sözün geniş mənasında millətik. Mən millət deyəndə, əlbəttə ki, keçmiş Sovet İttifaqının və Rusiyanın bütün xalqlarını, bütün etnik qruplarını nəzərdə tuturam", - deyə Putin vurğulayıb.
Daşqın HəsənovMissiya.Az