Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025) ilə əlaqədarAzərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.
Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilənplenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının ordenvə medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.
Qanuna edilən dəyişikliklə “Azərbaycan Respublikası FövqəladəHallar Nazirliyinin 20 illiyi (2005-2025)” AzərbaycanRespublikasının yubiley medalı haqqında Əsasnamə" də təsdiqediləcək.
Əsasnamədə bildirilib ki, “Azərbaycan Respublikası FövqəladəHallar Nazirliyinin 20 illiyi (2005-2025)” AzərbaycanRespublikasının yubiley medalı ilə Azərbaycan Respublikasınınfövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafındavə möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülkimüdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardanqorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılmasıtədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslərtəltif ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşdaqəbul olunub.