BAKI, 1 may. TELEQRAF
Milli Məclis Baş prokuror Kamran Əliyevin yenidən vəzifəyə təyin olunması haqda Azərbaycan Prezidentinin təqdimatına baxır.
Teleqraf xəbər verir ki, parlamentin bugünkü iclasında Baş prokuror vəzifəsinə təyinat məsələsi müzakirəyə çıxarılıb.
K.Əliyev iclasda iştirak edir.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.
"Prokurorluq haqqında” qanuna əsasən, Baş prokurorun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.
Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.