AZ

"The Wall Street Journal" qəsdən dezinformasiya yaydı" - Mask

"The Wall Street Journal"ın Tesla-nın yeni baş direktor axtarışına başlaması barədə xəbəri doğru deyil. Bunu məşhur amerikalı biznesmen İlon Mask X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində yazıb.


O qeyd edib ki, "The Wall Street Journal" qəsdən yalan məlumat dərc edib. "Nəşrin qəsdən dezinformasiya dərc etməsi və məqaləyə Teslanın direktorlar şurasının açıq-aşkar təkzibini daxil etməməsi etik standartların son dərəcə ciddi pozulması deməkdir", -oqeyd edib.


Bundan öncə nəşr yazmışdı ki, Teslanın direktorlar şurası avtomobil şirkətinin baş direktoru vəzifəsinə İlon Maskın davamçısı kimi yeni namizəd axtarır.

Tural

Seçilən
0
1
news365.az

2Mənbələr