"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə danışıqların nəticəsiz qalmasından sonra Braziliya millisinə rəhbərlik edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası portuqaliyalı mütəxəssislə bir neçə ay əvvəl apardığı danışıqları bərpa edib.
Jesus artıq "Əl-Hilal"a yaxın həftələrdə klubdan getməyə hazır olduğunu bildirib.