AZ

Məşhur aktrisa "Kızılcık Şerbeti" serialından ayrılır!

Məşhur aktrisa "Kızılcık Şerbeti" serialından ayrılır!Dördüncü mövsüm hazırlıqlarını davam etdirən məşhur "Kızılcık Şerbeti" serialında ayrılıqlar davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Pembe obrazının ayrılığından sonra Meriyə həyat verən Şebnem Bozoklu da serialla vidalaşmağa hazırlaşır.

Kulisdəki məlumata görə, Bozoklunun serialdan ayrılması mövsüm finalında baş tutacaq. Məşhur aktrisanın yeni layihələrə diqqət yetirmək istədiyi bildirilir.

Üç mövsümsdür yüksək reytinqlərlə davam edən "Kızılcık Şerbeti"nin dördüncü sezonu da tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Seçilən
0
sonxeber.az

1Mənbələr