AZ

İdman xərçəng müalicəsinə necə təsir edir? - ARAŞDIRMA

İdman xərçəng müalicəsinə necə təsir edir? -

Yeni araşdırma fiziki fəaliyyətin ürək və sinir zədələnməsi, beyin dumanı kimi təsirləri azaltmağa kömək edə biləcəyini müəyyən edib. Xərçəng müalicəsinin mənfi təsirlərinin idmanla aradan qaldırıla biləcəyi bildirilib. Bu nəticəyə indiyədək aparılmış ən əhatəli elmi araşdırmalardan biri gəlib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Çin Tibb Universitetinin Shengjing Xəstəxanasının rəhbərlik etdiyi araşdırmada 2012–2024-cü illər arasında nəşr olunan randomizə edilmiş nəzarətli sınaqlardan əldə olunan məlumatlar bir araya gətirilib.

British Journal of Sports Medicine jurnalında dərc olunan icmalda 80 elmi məqalədən 485 fərqli tapıntı təhlil olunub. Bütün nəticələrin orta və yüksək keyfiyyətli olduğu qeyd olunub.

Araşdırma nəticələrinə əsasən, aerobik və müqavimət məşqləri, yüksək intensivlikli interval təlimi, tai chiyoqa kimi fəaliyyətlər xərçəng müalicəsi nəticəsində yaranan ürək və sinir zədələnməsi, beyin dumanı (idrak qabiliyyətinin pozulması) və nəfəs darlığı kimi yan təsirləri əhəmiyyətli dərəcədə azalda bilər.

Qeyd olunub ki, idman təkcə fiziki deyil, həm də psixoloji baxımdan xəstələrə dəstək verir. Məşq sayəsində yuxu keyfiyyətində artım, ümumi bədən funksiyalarında yaxşılaşma, sosial qarşılıqlı əlaqədə artımhəyat keyfiyyətində nəzərəçarpacaq inkişaf müşahidə olunub.

Həmçinin vurğulanıb ki, idman insulin səviyyəsi, insulinə bənzər böyümə faktoruC-reaktiv zülal kimi mühüm bioloji göstəricilərdə də müsbət dəyişikliklər yaradır.

Əməliyyatdan əvvəl də təsirlidir

Araşdırmada əməliyyatdan əvvəl nizamlı fiziki fəaliyyətin əməliyyatdan sonrakı ağırlaşmalar, ağrı səviyyəsi, xəstəxanada qalma müddətiölüm riski kimi göstəriciləri azaltdığına dair yüksək səviyyəli sübutlar yer alıb.

Tədqiqatçılar öz nəticələrini bu sözlərlə ümumiləşdiriblər:

“Bu araşdırma idmanın xərçəng müalicəsi protokollarına inteqrasiyasının effektivliyini bir daha nümayiş etdirir. Orta və yüksək etibarlılığa malik tapıntılar göstərir ki, məşq müalicə ilə bağlı mənfi təsirləri azaldır, bədən tərkibini və bioloji göstəriciləri yaxşılaşdırır və həyat keyfiyyətini artırır.”

Tədqiqatda iştirak etməyən, lakin tapıntıları qiymətləndirən Böyük Britaniya Xərçəng Tədqiqatının mütəxəssis tibb bacısı Selen Doherti bu qiymətləndirməni verib:

"Bu araşdırma idmanın xərçəng müalicəsinin yan təsirlərini azaltmağa və uzunmüddətli sağlamlıq nəticələrini yaxşılaşdırmağa kömək edə biləcəyinə dair sübutları gücləndirir. Bununla belə, xəstələr diaqnozdan sonra çox çətin dövr keçirirlər. Bu müddət ərzində həyat tərzi dəyişikliklərinə diqqət yetirmək çətin ola bilər. Əsas odur ki, hər kəs öz sürəti ilə irəliləsin və onlara uyğun olan fəaliyyətləri seçsin". 

Doherty əlavə edib ki, məşqlə dəstək almaq istəyən xəstələr onkoloji müalicə qruplarına müraciət etməlidirlər.

Tərcümə: Zəhra Niftiyeva

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr