Dünyanın ən yaşlı insanı 116 yaşında Braziliyada vəfat edib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Dünyanın ən yaşlı rahibəsi, braziliyalı rahibə İna Canabarro Lukas çərşənbə günü, aprelin 30-da 116 yaş 326 gün yaşında vəfat edib”, – deyə məlumatda bildirilir.
Qadın 1908-ci il iyunun 8-də San Françesko d’Assisi şəhərində anadan olub. O, 26 yaşında rahiblik andı içib.
110 illik yubileyində rahibə aprelin 21-i səhər saatlarında 89 yaşında vəfat edən Papa Fransiskin xeyir-duasını alıb.
Qeyd edək ki, dünyanın ən yaşlı qadını hazırda Surreydə yaşayan ingilis qadın Ethel Caterhamdır. Hazırda 115 yaş 252 gündür.
//Gülnarə Abasova, Editor.az