AZ

Dünyanın ən yaşlı qadını öldü

Planetin ən yaşlı insanı Braziliyada 116 yaşında vəfat edib. Bu barədə BFM TV məlumat yayıb.


"Dünyanın ən yaşlı rahibəsi, braziliyalı İna Canabarro Lukas çərşənbə günü, aprelin 30-da 116 yaş 326 günlüyündə vəfat edib", - məlumatda deyilir.


Qadın 1908-ci il iyunun 8-də San Françesko d'Assisi şəhərində anadan olub. 26 yaşında o, monastırda rahibə kimi and içib.


110 illik yubileyində rahibə aprelin 21-i səhər saatlarında 89 yaşında vəfat edən Papa Fransiskdən xeyir-dua alıbmış.

İndi dünyanın ən yaşlı qadını Surreydə yaşayan ingilis Etel Caterxamdır. Onun hazırda 115 yaşı var.

Tural

Seçilən
0
1
news365.az

2Mənbələr