AZ

Xəzər dənizində neft yatağında kəşfiyyat işləri aparılacaq



Qazaxıstan və Çin Xəzər dənizində neft yatağında kəşfiyyat işləri aparacaqlar

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə Qazaxıstanın "KazMunayQaz" və Çinin CNOOC şirkətləri "Jylyoy" layihəsinin həyata keçirilməsi şərtləri barədə razılığa gəliblər.

Belə ki, Astanada “KazMunayQaz” Milli Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazı Eskaziyev və CNOOC-un Rusiya və Mərkəzi Asiya üzrə layihələr üzrə baş meneceri Liu Bo birgə fəaliyyət və maliyyələşdirmə haqqında sazişlər imzalayıblar.

Şirkətlər bir-birini strateji tərəfdaş kimi tanıyıb və Xəzər dənizinin şimal-şərq hissəsinin tranzit zonasında Jilyoyun yer təkinin necə istismar olunması barədə razılıq əldə ediblər.

Qeyd edək ki, CNOOC ilk dəfə olaraq Qazaxıstana sərmayə qoymağı planlaşdırır. Şirkət buna geoloji kəşfiyyat layihələri ilə başlayır.

Mehman Mehdiyev
Seçilən
0
newscenter.az

1Mənbələr