AZ

Donald Tramp: Çin 145%-lik gömrük rüsumlarına layiqdir – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin mallarına tətbiq olunan 145%-lik gömrük rüsumları tamamilə əsaslıdır. 

Olaylar.az xəbər verir ki, o bu fikrini ABC telekanalına verdiyi müsahibədə səsləndirib. 

Müsahibə Trampın ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunub.

"Bu yaxşıdır. Onlar buna layiqdirlər", - deyə Tramp aparıcının 145%-lik rüsumların Çin üçün faktiki olaraq ticarət embarqosu demək olduğunu xatırlatmasına cavab verib. ABŞ prezidenti əlavə edib ki, rüsumlar tətbiq olunmamışdan öncə Çin "ABŞ-dən ildə 1 trilyon dollar qazanırdı".

"145%-lik rüsumlarla onların ABŞ ilə biznes aparmaq imkanları faktiki olaraq qalmır", - deyə Tramp qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr