AZ

Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb

Kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşaraq 94 986 ABŞ dolları təşkil edib. Bu barədə “CoinMarketCap” platformasında qeyd olunub.

Kriptovalyutanın dəyəri 0.48% artaraq 1804 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.86%, BNB isə 0.77% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.

Bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.

Aytac

 

Seçilən
1
3
anews.az

10Mənbələr