AZ

ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?


Azər Həsrət: "Bu sazişin imzalanması ilkin ümidlər yaratsa da, yaxın gələcəkdə müharibənin dayandırılmasına güclü inamımız yoxdur"

ABŞ-ın maliyyə naziri Skott Bessent və Ukraynanın baş nazirinin birinci müavini Yuliya Svırıdenko faydalı qazıntılar haqqında sazişi imzalayıblar.

Kiyev və Vaşinqton arasında ABŞ-yə Ukraynanın qiymətli nadir minerallarına çıxış imkanı verən saziş imzalanıb. Həmçinin bu sazişlə Ukrayna Rusiya ilə müharibədə Amerikanın Kiyevə davamlı dəstəyini təmin edəcəyinə ümid edir.

Saziş ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyi bildirib ki, fond iki ölkəyə "birgə şəkildə işləməyə və investisiya qoymağa, qarşılıqlı resursların, bacarıqların və imkanların Ukraynanın iqtisadi bərpasını sürətləndirməsinə şərait yaratmağa imkan verəcək".

ABŞ maliyyə naziri Skott Bessent mətbuata açıqlamasında deyib ki, saziş "Rusiyaya açıq şəkildə siqnal verir ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir".

ABŞ-Ukrayna sazişi Ukraynaya hansı faydalar verəcək, müharibəyə son qoya biləcəkmi?

Marko Rubio deyir ki, təbii qazıntılar barədə saziş sülhə doğru böyük addımdır. Belədirmi?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, əlbəttə, müharibənin bitməsini bu sazişin imzalanması ilə proqnozlaşdıra bilmərik: "Amma hər halda bu saziş Rusiyanı vəziyyətinə təsir edəcək. Yəni bu saziş Ukraynanın əlini gücləndirəcək və imkanlarını bir qədər genişləndirəcək. Bu isə Rusiyanı düşünməyə vadar edə bilər. Rusiya zatən üç günlük atəşkəs elən edəcək. Ukrayna tərəfi də bəyan edir ki, atəşkəs davamlı və qalıcı olmalıdir. Eyni zamanda, qardaş Türkiyənin cubhur başqanı Rəcəb Tayyib Ərdoğan da belə bir fikir səsləndirib ki, Ukrayna ilə Rusiya arasında davamlı atəşkəs olmalıdır və ardınca müharibə bitrilməlidir. Bunları müharibənin bitrilməsı üçün ilkin siqnallar həsab etmək olar.

Amma onu demək çətindir ki, bu saziş müharibəni dərhal və ya yaxın gələcəkdə bitirəcək.

Birincisi, ona görə ki, Rusiya inadkarlığından geri çəkilənə oxşamır. İkincisi, Ukrayna hər hansı bölgəsini Rusiyaya güzəştə getmək fikrində deyil. Üçüncüsü, bu işdə vasitəçilik edən Donald Trampın siyasətini proqnozlaşdırmaq çətin məsələdir. Yəni o, bu gün Ukrayna ilə saziş imzalaya bilər, amma sabah onun necə davranacağını təxmin etmək mümkün deyil. Ola bilər ki, Rusiya irəliləyən dövrlərdə daha faydalı işbirliyi təklif etsin, Donald Tramp da Moskva ilə razılaşsın.

Belə halları az görməmişik. Ona görə dədüşünürəm ki, bu sazişin imzalanması ilkin ümidlər yaratsa da, yaxın gələcəkdə müharibənin dayandırılmasına güclü inamımız yoxdur".

Dəniz NƏSİRLİ

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr