Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Nazirlər Kabinetinin qərarı ilə ADY-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Bu barədə Operativ Media-ya ADY məlumat verib.
XX əsrin əvvəllərində istifadəyə verilmiş bina dəmir yollarının tarixini yaşadan unikal tikililərdən biridir.
Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.