Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə“Azərbaycan Dəmir Yolları” QSC (ADY) İnfrastruktur Departamentinin2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaztarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, XX əsrin əvvəllərində istifadəyə verilmiş binadəmir yollarının tarixini yaşadan unikal tikililərdən biridir.
Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsikimi dövlət mühafizəsinə götürülüb.