“Real"ın futbolçusu Antonio Rüdiger İspaniya kubokunda “Barselona”ya qarşı final oyunundakı davranışına görə cəzalandırılıb.
QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Rüdiger final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atmasına görə 6 oyunluq diskvalifikasiya edilib.
RFEF həmçinin "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə final fitindən sonra etiraz etdiyi üçün verilən qırmızı vərəqəni də ləğv edib. Matçın baş hakimin protokolda Bellinqemin aqressiv mövqe sərgilədiyi qeyd edib. Lakin RFEF "Real"ın bunu təkzib edən video sübut təqdim etdiyini bildirib.