İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi İspaniya Kral Kubokunun finalında "Barselona" ilə oyunda (2:3) qırmızı vərəqə alan "Real"ın müdafiəçisi Antonio Rüdigeri 6 oyunluq cəzalandırıb.
Publika.az xəbər verir ki, həmin görüşün ikinci əlavə vaxtında Rüdiger texniki zonada olarkən hakimə buz atıb, onun ünvanına ağır ifadələr işlədib və qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı aqressiv davranmağa davam edib. Buna görə də 32 yaşlı futbolçu La Liqada cari mövsümün qalan matçlarını və yeni mövsümün ilk oyununu buraxacaq.
Almaniyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 3 qol vurub və məhsuldar ötürmə edib. O, Kopa del Reyin finalından sonra meniskindən əməliyyat olunub.