AZ

"Tottenhem" yarımmüdafiəçi ilə müqaviləni uzadıb

"Tottenhem" klubu yarımmüdafiəçisi Lukas Berqvalla yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 2031-ci ilin ortalarına qədər nəzərdə tutulan müqaviləsi imzalanıb.

İsveç millisinin üzvü keçən yay "Tottenhem"ə İsveçin "Yurqorden" klubundan keçib.

O vaxtdan bəri Lukas "Spurs"un heyətində 45 rəsmi oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Seçilən
0
9
90deqiqe.az

10Mənbələr