Bakıda avtomobil təmir sexi yanır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
MƏLUMAT YENİLƏNİR ...