BAKI, 29 aprel. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni Rusiya və Ukrayna arasında vasitəçi roluna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Romada Türkiyə lideri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Cənab Ərdoğana Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyinə görə də təşəkkür edirəm. Ümid edirik ki, Rusiya da Ukrayna kimi sülh iradəsini göstərəcək.
Ukrayna-Rusiya müharibəsində Ərdoğan vasitəçi rolunu öz üzərinə götürmüşdü”, - Meloni deyib.
İtaliya Baş naziri Türkiyənin Avropa, Aralıq dənizi və NATO-da ölkəsinin önəmli müttəfiqi olduğunu vurğulayıb.