Türkiyə Super Liqasının 35-ci turunda keçiriləcək "Trabzonspor" - "Qalatasaray" matçının vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, görüş mayın 10-u Bakı vaxtıyla 20:00-da start götürəcək.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Qalatasaray" Super Liqada son 5 tura "Fənərbağça"nın 5 xal önündə lider girir. "Trabzonspor" isə 45 xalla 7-cidir.

Əlavə edək ki, bu komandalar bu matçdan 4 gün sonra Türkiyə Kubokunun finalında üz-üzə gələcəklər.