AZ

Sabah bu ərazidı qaz olmayacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqətidayandırılacaq.

Trendxəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeniçəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 30.04.2025-ciil tarixdə saat 10:00-dan etibarən qaz təchizatıdayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə,A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaztəchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.

Məqalədə:
Seçilən
2
38
az.trend.az

10Mənbələr