AZ

Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşdi

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.

 

Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

 

Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.

Tarix: 29 Aprel 2025, 13:54   
Seçilən
1
19
pravda.az

10Mənbələr