AZ

Beyoncé “Cowboy Carter” albomu ilə 2025 dünya turuna başladı

Amerikalı pop ulduzu Beyoncé 2025-ci ildə “Cowboy Carter Tour” adlı yeni dünya turuna start verib. 
Sherg.az xəbər verir ki, bu tur onun 2024-cü ildə çıxardığı və böyük maraqla qarşılanan Cowboy Carter albomunu dəstəkləyir. Tur 28 aprel tarixində Kaliforniyanın Inglewood şəhərində yerləşən SoFi Stadium-da başlayıb.
Beyoncé-nin onuncu konsert turu olan bu möhtəşəm layihə ümumilikdə 31 konserti əhatə edir və həm ABŞ, həm də Avropa şəhərlərində baş tutacaq. Avropa mərhələsi iyun ayında başlayacaq və London (Tottenham Hotspur Stadium), Paris (Stade de France) kimi məşhur məkanlarda konsertlər keçiriləcək. Tur 26 iyul tarixində Las Veqasda yerləşən Allegiant Stadium-da başa çatacaq.
Biletlərə olan yüksək tələbat səbəbindən bəzi şəhərlərdə əlavə konsert tarixləri də elan edilib.
Beyoncé-nin bu turu musiqisevərlər tərəfindən böyük maraqla qarşılanır və 2025-ci ilin ən yadda qalan musiqi hadisələrindən biri olmağa namizəddir.

Elmar İbrahimli
Seçilən
1
sherg.az

1Mənbələr