AZ

Luis Enrike: “PSJ-nin məqsədi ÇL-in finalına çıxmaqdır”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalının Londonda “Arsenal”la ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Arsenal” PSJ-yə bənzəyir. Bu komanda birgə surətdə hücum etmək və müdafiə olunmaq qabiliyyətindədir, “Arsenal” bizdə olduğu kimi yüksək səviyyəli oyunçulara malikdir, amma “topçular” onlardan asılı deyillər. “Arsenal” bizim oynayacağımız ən yaxşı komandadırmı? Mən bilmirəm, bu haqda demək çətindir. Hər halda, bu, Aropada ən yaxşı komandalardan biridir, elə, lap bizim kimi.
Əhvalımız möhtəşəmdir. Mən komandada ən kədərli adamam, odur ki, digərlərinin nə hiss etdiklərini təsəvvür edin! Siz öz fikirlərinizi yürüdə və sullar verə bilərsiniz, bəzən mənfi səpgili suallar da, mən qorxmuram! Mən cari vəziyyətdə hansısa mənfi xüsusu duyuram, amma mən yanıla da bilərəm.

Məqsədimiz, daha bir addım ataraq, yarışın, artıq ötən il çatdığımız o mərhələsini adlamaqdan ibarətdir. Bu məqsəd çətin müvvəffəq olunacaq bir məqsəddir. Ancaq təzyiq bizi boğmur, biz iddialıyıq. Biz, tarix yaratmaq istəyində olduğumuzu deyəndə, bunu, bizə qədər kimsənin etmədiyini nəzərdə tuturuq.

Komandam özünə çox arxayındır, amma bəzən biz özümüzü elə də parlaq təzahür etdirmirik, amma bu, həyatın bir hissəsidir. PSJ heç vaxt Çempionlar Liqasını qazanmayıb? Elə, “Arsenal” da. Biz bunun bizə, ən yaxşı səviyyədə oynamağımza mane olmasına imkan verməməliyik, biz bunu unutmamalıyıq, amma etməli olduğumuz üzərində köklənməliyik”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, “Arsenal” – PSJ oyunu bu gün, aprelin 29-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr