AZ

Premyer-liqada 250-ci oyun

Vüqar Mustafayev ölkə çempionatlarında 250-ci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Sumqayıt”ın kapitanının yubileyi Misli premyer-liqasının 32-ci turuna təsadüf edib.

O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

Vüqar premyer-liqada 5 klubun formasını geyib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 77-ci futbolçudu.

Qeyd edək ki, onun debütü 2013/14 mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.

Seçilən
0
16
football-plus.az

10Mənbələr