AZ

Gürcüstanda müxalifətin əsas  telekanalı bağlanır

Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı yaxın vaxtlarda yayımını tamamilə dayandıracaq. Vətəninfo.az xəbər verir ki, bu barədə “Axal” siyasi partiyasının təsisçisi və lideri Nika Qvaramiya Facebook səhifəsində məlumat verib.

O vurğulayıb ki, telekanal bağlanacaq, amma yenisinin açılacağına inanır və bilir, çünki “başqa cür ola bilməz”. Qvaramiyanın fikrincə, əsas odur ki, “ölkə bağlanmır” və buna görə hər şey öz mənasını itirmir.

Mtavari Arkhi maliyyə çətinlikləri səbəbindən fevralın 15-dən xəbər proqramları və əyləncəli tok-şouların yayımını dayandırıb. Kanal yalnız seriallar və köhnə yazıların yayımını davam etdirib. Eyni zamanda Mtavari Arkhi saytı gündəlik xəbərlər dərc edib.

Kanalın jurnalistləri mayın 1-dən yayımını tamamilə dayandıracağını güman edirdilər.

Seçilən
0
1
veteninfo.az

5Mənbələr