AZ

Çin XİN rəhbəri: “Çin və Rusiya arasında qarşılıqlı etimad dəyişməyib”

“Son vaxtlar dünyada çoxlu dəyişikliklər baş verib, lakin Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək dəyişməyib”.

Editor.az xəbər verir ki, bunu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Çinin xarici işlər naziri Vanq Yi deyib. O, iki ölkə arasındakı münasibətlərə qlobal hadisələrin təsir etmədiyini bildirib.

Vanq Yi əlavə edib ki, Çin və Rusiya BRİKS çərçivəsində koordinasiya və əməkdaşlığı gücləndirməli və inkişaf etməkdə olan ölkələrin birliyini dərinləşdirməlidir.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çinli həmkarına Ukrayna böhranı ilə bağlı baş verənlər barədə məlumat verib. Lavrov ölkəsinin Ukrayna ilə ilkin şərt olmadan sülh danışıqlarına hazır olduğunu və böhranın əsas səbəblərini həll etməkdə qərarlı olduğunu bir daha vurğulayıb. Vanq ölkəsinin sülh və danışıqları dəstəkləməkdə prinsipial mövqeyini izah edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr