Tramp administrasiyasının Rusiya ilə münasibətlərə yanaşmasında əhəmiyyətli dəyişikliklər var.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rod Aylənd Universitetindən politoloq Nikolay Petro deyib.
Onun fikrincə, ikinci prezidentlik müddətinin ilk ayları Vaşinqtonun qarşıdurma əvəzinə Moskva ilə dil tapmaq istəyini nümayiş etdirir.
Ekspert vurğulayıb ki, Tramp Rusiya-Amerika münasibətlərinə baxışında sələflərindən əsaslı şəkildə fərqlənir. Ənənəvi olaraq Rusiyaya təhlükə kimi baxan əksər siyasi media mənsublarından fərqli olaraq, ABŞ-ın hazırkı prezidenti gələcək genişlənmə perspektivi ilə qarşılıqlı faydalı əməkdaşlıq sahələrini tapmağa açıqdır.
Petronun sözlərinə görə, bu yanaşma Amerikanın xarici siyasətində böyük dəyişiklikdir. Bununla belə, ekspert qeyd edib ki, siyasi elitada və ABŞ media məkanında anti-Rusiya əhval-ruhiyyəsinin hökm sürməsi fonunda bu mövqe istisna olaraq qalır.