AZ

Bakı və Sumqayıtda "Kia" markalı avtomobil yandı

BAKI, 29 aprel. TELEQRAF

Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhərinin Xətai rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 90 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə, içərisində təmirə dayanan "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
6
12
teleqraf.com

10Mənbələr