AZ

Mahir Emreli zədələndi

style='margin-bottom:10px;'>

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.

QOL.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı hücumçu 31-ci turda "Fortuna" ilə matçda biləyindən xəsarət alıb.  Onun bilək sümüyündə sınıq aşkarlandığı qeyd olunub.

Hazırda futbolçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib. Qeyd olunub ki, Mahirin nə vaxt məşqlərə başlayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, "Fortuna" ilə matçda (3:3) komandasının 2-ci qolunu vuran Mahir ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.

Seçilən
0
5
teleqraf.com

6Mənbələr