AZ

Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı

“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyindən danışıb.

Türkiyə lideri qeyd edib ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb.

"İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz”, - Ərdoğan vurğulayıb.

Seçilən
2
10
publika.az

5Mənbələr