AZ

Patruşev: NATO təlimlər zamanı Kalininqradın ələ keçirilməsi ssenarilərini tətbiq edir

Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiya sərhədi yaxınlığındakı təlimlər zamanı Kalininqrad bölgəsinin ələ keçirilməsi və nüvə arsenallarına qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı ssenarilər tətbiq edir.

“Report”un xəbərinə görə, bunu “TASS”a müsahibəsində Rusiya prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələrinin Kollegiyasının rəhbəri Nikolay Patruşev deyib.

“Ardıcıl ikinci ildir ki, NATO sərhədlərimiz yaxınlığında son onilliklərin ən böyük təlimlərini keçirir və burada geniş bir ərazidə - Vilnüsdən Odessaya qədər, Kalininqrad bölgəsinin ələ keçirilməsi, Baltik və Qara dənizlərdə gəmiçiliyin qarşısının alınması və Rusiyanın daimi nüvə bazalarına qabaqlayıcı zərbələr endirilməsi ssenarilərini tətbiq edir”, - deyə o qeyd edib.

Seçilən
0
38
report.az

10Mənbələr