Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son oyununda “Göztepe” öz meydanında “Başakşehir”i qəbul edib.
5 qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanıb. Bununla da “Göztepe” 11 turdan sonra 3 xal qazanıb. İzmir klubu ölkə çempionatında sonuncu dəfə yanvarın 19-da qalib gəlmişdi.
“Göztepe” - “Başakşehir” - 4:1
Qollar: Furkan Bayir, 25 (1:0), Kubilay Kanatsizkus, 42 (2:0), Ahmed İldız, 64 (3:0), Paulin Keni, 75 (3:1), Emersonn, 86 (4:1)
Bu qələbə sayəsində xallarının sayını 43-ə çatdıran “Göztepe” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 48 xalda qalan “Başakşehir” isə 6-cıdır.