"Bayer Leverkuzen"də uğurlu çıxışı ilə diqqət çəkən Xabi Alonso "Real Madrid"in baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
90deqiqe.Az-ın "German Sky"a istinadən verdiyi xəbərə görə, ispan mütəxəssis gələcəyi ilə bağlı yekun qərarını bu həftə verməyi planlaşdırır. Bildirilir, Alonso hazırkı komandasında qalmaqdan çox, Madridə qayıtmağa üstünlük verir. Lakin onun yekun qərarı hələlik verilməyib.
Xatırladaq ki, Alonso bu mövsüm "Bayer"lə həm Bundesliqada, həm də Avropa Liqasında yüksək performans göstərərək, bir sıra Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
“Real Madrid” bu yaxınlarda İspaniya kubokunun finalında “Barselona”ya 120 dəqiqədən sonra 2:3 hesabı ilə uduzub. Karlo Ançelottinin Madrid komandasının baş məşqçi postunu tezliklə tərk edəcəyi gözlənilir.
"Real"ın növbəti oyunu mayın 4-də La Liqada "Selta" ilə olacaq.